Meqanın köməkçisi saraydan qovuldu

Mayda baş tutan toydan sonra Emi Pikerill şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın köməkçisi təyin edilib. Milli.Az axşam.az-a istinadən bildirir ki, bu günlərdə isə köməkçinin gözlənilmədən işdən qovulduğu açıqlanıb. "Meqanın şəxsi köməkçisi işini dəyişmək qərarına gəlib. Amerikalı aktrisanın toyundan 6 ay sonra belə addım atması hər kəsi şok edib. Niyə o, belə bir prestijli işdən uzaqlaşmaq qərarına gəlib" deyə, mənbə açıqlamasında bildirib. Kensinqton sarayının mətbuat katibi məsələyə münasibət bildirməkdən imtina edib. "O, çox istedadlı işçi idi. Kral sarayındakı toyun təşkilində fəal iştirak edirdi. Düzdür, bir çox çətinliklərlə rastlaşıb" deyə, o, açıqlama verib. Milli.Az

43 yaşında 21-ci uşağını dünyaya gətirdi – FOTO

İngiltərədə yaşayan Redfordlar ailəsinin 21-ci uşağı dünyaya gəlib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sue və Noel cütlüyü İngiltərənin ən böyük ailəsi hesab olunur. Onların sonuncu övladı bir neçə gün öncə dünyaya gəlib. Bonni adı verilən qızın çəkisi 3,74 kq olub. 43 yaşlı Sue ilk uşağını 14 yaşında dünyaya gətirib. Cütlüyün övladlarından biri isə 2014-cü ildə dünyasını dəyişib. Hazırda ailənin 12 oğlan, 8 qız övladı var. Məlumata görə, Sue həyatının 800 həftəsini (5600 gün) hamilə olaraq keçirib. Qeyd edək ki, Redfordlar ailəsi 10 otaqlı böyük bir evdə yaşayır. Onlar xərclərini qarşılamaq üçün dövlətdən yardım almırlar. Milli.Az

ABŞ Türkiyə sərhədində 5 000 terrorçuya hərbi təlim keçdi –

ABŞ Suriyanın Haseke bölgəsində 5 000 PKK terrorçusu üçün hərbi təlimlər təşkil edib. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, təlimlərdən sonra terrorçulara məzun diplomları və ixtisaslarına uyğun silah verilib. Türkiyə mətbuatı yazır ki, Haseke bölgəsində terrorçulara bomba, ağır silah, zenit qurğuları, tank əleyhinə mexanizmlərdən istifadə, nizami və qeyri-nizami döyüş şəraitində fəaliyyət aparılması qaydaları öyrədilib. ABŞ tərəfindən verilən təlimlər "Sərhəd Təhlükəsizliyi Birliyi Xüsusi Təlimlər" başlığı altında gerçəkləşdirilir. Təlimlərin ilk günündən etibarən bütün terror təşkilatı üzvlərinə Pentaqon tərəfindən 200 dollar məbləğində maaş verilir. Qeyd edək ki, ABŞ İŞİD-lə mübarizə adı altında PKK/YPG terrorçularına hərbi, elmi dəstək verir, onları silahlandırır. Milli.Az

“Air France”ın təyyarəsi Rusiyada təcili eniş edib

"Air France" aviaşirkətinin "Boeing-777" təyyarəsi Rusiyanın İrkutsk şəhərində qəza enişi edib. Milli.Az Trend-ə istinadən bildirir ki, təcili enişə səbəb təyyarənin içində baş verən tüstülənmə olub. Xəsarət alan olmayıb. Təyyarə Paris-Şanxay reysini yerinə yetirirdi. Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 280 nəfər olub. Bütün sərnişinlər aeroportun mehmanxanası və şəhər hotellərində yerləşdirilib. Milli.Az

Hövsanda ağır yol qəzası:

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində FHN Akademiyasının qarşısında gecə saatlarında ağır yol qəzası baş verib. Milli.Az oxu.az-a istinadən bildirir ki, "Mitsubishi" markalı avtomobillə "Moskviç" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılardan biri, 1955-ci il təvəllüdlü Hövsan qəsəbə sakini Mövlanov Səməd Əbülfəz oğluna döş qəfəsinin travmatik əziyi və qabırğalarının sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu və reanimasiyada saxlanıldığı bildirilib. Digər iki nəfərin kimliyi müəyyənləşdirilir. Faktla bağlı 30-cu Polis Bölməsində araşdırma aparılır. Milli.Az

Yolun ortasında dönmə əməliyyatı etdi,

Abşeron rayonun Saray qəsəbəsi ərazisində 3 avtonəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Milli.Az report-a istinadən bildirir ki, qəza baş verən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Şahidlərin məlumatına görə, "50-BL-314" dövlət qeydiyyat nişanlı "VAZ-2101" markalı avtomobil yolun ortasında geriyə dönmə əməliyyatı apararkən əks tərəfdən gələn "44-BR-917" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı atomobillə toqquşub. Toqquşmanın təsirindən "VAZ-2101" həmin yolla hərəkət edən "Honda" markalı avtomobilə çırpılıb. "VAZ-2101"in salonunda olan sərnişinlərdən biri xəsarət alıb və təcili xəstəxanaya çatdırılıb. Milli.Az

Bakıda soyğunçuluq edən keçmiş məhkum tutuldu

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Y.Bobrovanın içərisində 500 manat, 450 ABŞ dolları və mobil telefon olan pulqabısını əlindən alıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Qasımlı saxlanılıb. Məlum olub ki, Ruslan Qasımlı əvvəllər də məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb. Milli.Az

“Bu şəhərdə”nin konsertində gözlənilməz hadisə – FOTO

Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında keçirilən konsertində insident yaşanıb. Milli.Az-ın SİA-ya istinadən məlumatına görə, konserti Rafael və Coşqun Aygün və Rəhimin parodiyası ilə açıblar. Daha sonra aparıcı Saleh Bağırovun təqdimatında "Turanbank" və "Meqafon" tərəfindən tamaşaçılar arasında keçirilən oyunun ilk qalibinə hədiyyə təqdim olunub. Bunun ardınca Elgiz və Əli Mirəliyevin parodiyası üçün efirə çıxan Rafael və Coşqun çıxışı yarımçıq kəsməyə məcbur olublar. Belə ki, tamaşaçılardan biri özündən gedib. Dərhal təcili yardım çağırılıb. Bəlli olub ki, epilepsiya xəstəliyi olan 30 yaşlarında gənc iflic keçirib. Ona ilkin yardım göstərildikdən sonra zaldan çıxarılıb və təcili yardıma təhvil verilib. Hazırda konsert öz axarı ilə davam edir. Qeyd edək ki, "Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında "KefAl" adlı 3 gün davam edəcək konserti bu gündən start götürüb. Milli.Az

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ olub

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ olub. Milli.Az bildirir ki, Trend-in ABŞ-ın Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, yeraltı təkanlar UTC vaxtı ilə 07:13-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 123,6 kilometr təşkil edib. Dağıntlılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Milli.Az

Birinci Dünya müharibəsinin başa çatmasından 100 il ötür

Noyabrın 11-də bəşər tarixində ən qanlı müharibələrdən olan Birinci Dünya müharibəsinin başa çatmasının 100 ili tamam olur. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1918-ci il noyabrın 11-də saat 11-də Fransanın Kompeyn meşəsindəki zirehli qatarda Almaniya imperiyası ilə Antanta dövlətləri arasında atəşkəs müqaviləsinin imzalanması ilə Birinci Dünya müharibəsi rəsmən başa çatıb. Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları, Bolqarıstandan (1915-ci ildən) və digər dövlətlərdən ibarət ittifaq dövlətləri ilə Böyük Britaniya, Fransa, Rusiya, Serbiya və onların müttəfiqlərindən ibarət Antanta dövlətləri arasında baş verən ilk dünya müharibəsində ümumilikdə 70 milyon insan səfərbər olunub. Dünyada 40-dan çox dövlətin qoşulduğu bu müharibədə təxminən 10 milyon insan həlak olub, 50 milyondan çox insan yaralanıb və itkin düşüb. Birinci Dünya müharibəsi Antanta dövlətlərinin qələbəsi ilə başa çatıb. Müharibə nəticəsində dünyanın siyasi xəritəsi xeyli dəyişdirilib, yeni dövlətlə..
- Advertisement -

Son xəbərlər

Xanımlar, diqqətli olun: Dezodorant süd vəzisi xərçəngi yaradır!

Britaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər. Sən demə, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır. Tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb. Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin in..

“Arxamızda güclü Azərbaycan dayanıb”

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Gənclər Gününə həsr olunmuş tədbirdə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstündür deməsinin əsasında gənclərimizin vətənpərvər, bilik, savad və milli təfəkkürlü olması dayanır". Bunu millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, gənclərimiz bu istiqamətlərdə inkişaf etməli və möhkəmlənməlidirlər: "Çünki, müstəqilliyimiz uzun illərin həsrətindən sonra əldə olunub. Biz müstəqil olmayan vaxtlarda da, indi də yaxşı görürük ki, necə yaxşıdır. Müstəqil olandan sonra öz milli bayrağımızı dalğalandırırıq, himnimizi oxuyuruq, bütün milli və mədəni sərvətlər xalqın olub. Azərbaycan inkişaf edir, güclənir. Dünya xəritəsində müstəqil Azərbaycanın yeri görünür. Dünyanın harasında olsaq da azərbaycanlı olmaqla qürur duyuruq və biz hiss edirik ki, arxamızda böyük güclü ölkə dayanıb. Bundan gözəl nə ola bilər. Ona görə də bizim gəncləri..

“Bu cür yanlış informasiyalar bilərəkdən tirajlanır” – Sabiq direktor

"21 yanvar tarixindən "Koneko Group" şirkətindən ayrılmağıma baxmayaraq, məni həmin qurumun direktoru kimi ictimaiyyətə təqdim ediblər. Məqsəd ölkənin bank sisteminə və ictimaiyyətə yanlış məlumat verməkdir". Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc ötən gün bir sıra mətbuat orqanlarında onunla bağlı yayılan məlumata münasibət bildirərkən deyib. V.Oruc yayılan məlumatların bilərəkdən tirajlandığını, bunun onun banklarla bağlı yeni işinə mane törətmək üçün hazırlandığını bildirib: "Hazırda yeni şirkət təsisçisiyəm və yaxın günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. İndi banklarla danışıqlar gedir. Biz yeni şirkətlə banklara və sığorta şirkətlərə xidmət təklif edirik. Bir sıra saytlar ötən gün mənim 1 ay öncə verdiyim açıqlamanı yenidən gündəmə gətirib və məni "Koneko Group" şirkətinin direktoru kimi təqdim edib. Amma mən 21 yanvar tarixindən etibarən həmin şirkətdən ayrıldığımı elan etmişəm. Hesab edirəm ki,..