“Bu cür yanlış informasiyalar bilərəkdən tirajlanır” – Sabiq direktor

"21 yanvar tarixindən "Koneko Group" şirkətindən ayrılmağıma baxmayaraq, məni həmin qurumun direktoru kimi ictimaiyyətə təqdim ediblər. Məqsəd ölkənin bank sisteminə və ictimaiyyətə yanlış məlumat verməkdir". Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc ötən gün bir sıra mətbuat orqanlarında onunla bağlı yayılan məlumata münasibət bildirərkən deyib. V.Oruc yayılan məlumatların bilərəkdən tirajlandığını, bunun onun banklarla bağlı yeni işinə mane törətmək üçün hazırlandığını bildirib: "Hazırda yeni şirkət təsisçisiyəm və yaxın günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. İndi banklarla danışıqlar gedir. Biz yeni şirkətlə banklara və sığorta şirkətlərə xidmət təklif edirik. Bir sıra saytlar ötən gün mənim 1 ay öncə verdiyim açıqlamanı yenidən gündəmə gətirib və məni "Koneko Group" şirkətinin direktoru kimi təqdim edib. Amma mən 21 yanvar tarixindən etibarən həmin şirkətdən ayrıldığımı elan etmişəm. Hesab edirəm ki,..

“Bekar”la mənasız söhbət

"Bekar"-ın qəbuluna düşmək hər zaman çətin olur. Nə də olsa, işləri çoxdur. Bu səfər isə bacardıq... - Bilirəm, səni smartfondan ayırmaq çətin olacaq, amma bir az söhbətləşək? - Niyə də yox? Həm də telefondan ayrılmadan da danışmaq mümkündür. - Bilirsən də, bu il "Nəsimi ili" elan olundu... - Mən də indi onunla bağlı bir posta baxırdım, çox güldüm... - Nəsimiyə baxıb gülən adam birinci dəfədir görürəm. Maraqlıdır, səni güldürən nədir? - Niyə gülməyim axı? Nəsiminin qəzəlinə mahnı oxuyublar, özü də ritmik ifa... - Yəqin ki, şairə olan hörmətsizliyə ironiya ilə gülürsən. Çünki bu təkcə Nəsiminin şəxsiyyətinə, onun yaradıcılığına yox, çoxəsrlik ədəbiyyatımıza edilən təhqirdir. - Mən belə düşünmürəm, çox adam heç Nəsiminin qəzəllərini də tanımır. Bu isə əzbərləyib, dərk edib, mahnı oxuyur. Özü də xəbərin var da, şair özü bunu ondan istəyib. Hər Afətə Nəsimi ilə yuxuda söhbətləşmək qismət olmur e... Gör necə ürəklə oxuyub. Mən də şəxsi hesabımdan rəy bildirdim ki, "Eşq olsun! Hər za..

Erməni hərbi ekspert: “Azərbaycan da analoji qırıcılardan əldə edəcək”

"Su-30 SM qırıcılarının əldə edilməsi və onların effektiv istifadəsi silahlanma balansını təmin edəcək". Bu barədə erməni hərbi ekspert, razm.info saytının koordinatoru Karen Vratanesyan tert.am-a Rusiyadan alınmış qırıcılar barədə danışarkən deyib. Lakin erməni ekspert, onu da istisna etməyib ki, Azərbaycan da bu qırıcılardan əldə edəcək. "Əlbəttə ki, bir müddət sonra Azərbaycanın da analoji qırıcılar əldə etməsini istisna etmək olmaz", deyən Karen Vratanesyan bildirib ki, burada bəzi suallar meydana çıxır: "Bəs Azərbaycan nə qədər qırıcı alacaq və onları necə istifadə edəcək, Ermənistan alınmış qırıcılardan hansı üsulla istifadə edəcək". Erməni hərbi ekspert qeyd edib ki, Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, Ermənistan 4 ədəd Su-30SM alacaq. "Bu, həmin minimumdur ki, effektliyi təmin edəcək", deyə o, əlavə edib. Vratanesyan bildirib ki, hazırkı məqamda əlavə xərclər də yaranır. SİA Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

“Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib”

"Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzünün gedişində Ermənistan Xocalıda günahsız mülki əhalini məhv etməklə, soyqırımına məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət törədib". Bunu millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib: "Cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi "hücum diplomatiyası"nın həyata keçirilməsi Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Ermənilərin 200 ildən çox apardıqları yalan təbliğata qarşı Azərbaycan həqiqətləri ortaya qoyulub və düşmənə ağır zərbə vurulub. Xüsusən, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər göz önündədir. Lakin biz kifayətlənməməliyik. Səylərimizi daha da artırmalıyıq. Çünki düşmən düşmənçiliyindən əl çəkməyib və torpaqlarımızı hələ də işğal altında saxlayır". SİA Maraqlı xəbərləri Olaylar.Az Facebook ..

Yunus Oğuz: “Faktiki olaraq, onlayn media çap mətbuatını üstələyib”

"Bizim fondla müqaviləmiz var". Bunu "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib. Onun sözlərinə görə, ona görə də, biz o müqaviləni yerinə yetiririk: "Yeni şərtlər qoyulur, yeni şərtlər bizi qane etməsə, ya biz özümüz müstəqil çıxacağıq, ya da dayanacağıq. Bu, hələ martın sonundan bilinəcək. Ərizə verəcəyik, verməyəcəyik və yaxud fonda ehtiyacımız olacaq, olmayacaq, özümüz müstəqil çıxacağıq, çıxmayacağıq, bunlar aprelin 1-də müəyyənləşəcəkdir. Biz hazırda çıxırıq. İndi Azərbaycanda iki əsas məsələyə diqqət verilir. Biri siyasi məhbuslardır, digəri isə qəzetlərdir. Bundan istifadə edən, bəzi məkrli qüvvələr mənasız hay-küy salıb, deyirlər ki, görürsünüz, qəzetləri də bağlayırlar. Qəzet əməkdaşları özləri qərar verəcəklər ki, biz dayanırıq, ya dayanmırıq, yaxud fonda ehtiyacımız var və ya yoxdur, çıxırıq və ya çıxmırıq. Bu da normal bir haldır. İndi zaman da dəyişib. Deyək ki, sayta çox tutarlı bir xəbər qoymuşuq, o xəbər 24 saatdan sonra qəzetə qoyulacaq. Yəni 24 saat vaxt itki..

“İlham Əliyevin siyasəti ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə...

Müasir dünyada qarşısıalınmaz proses olan qloballaşma tək mədəniyyətliliyə doğru aparmaqla yanaşı, həm də hər bir xalqa öz mədəniyyətini təbliğ etmək imkanı yaradır. Bu baxımdan gənclərin milli ruhda tərbiyə alması çox vacib amildir. Bunu politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin haqlı olaraq söylədiyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Politoloq hesab edir ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var: "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Müasir dünyanın ən mühüm tələb..

Qəddafinin oğlu həbsxanadan danışdı

Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəddafi saxlanma şərtlərindən danışıb. RİA Novosti agentliyinə müsahibə verən H.Qəddafi sağlamlığından şikayət edib. O, belində və sinəsində ağrıların olduğunu bildirib və BMT-dən onun üçün həkim briqadasının göndərilməsini istəyib. Müəmmər Qəddafinin oğlu onu ziyarət etməyə gələnlərin də həbsxanaya buraxılmadığını deyib. Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livanda həbs olunub. Trend Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Uşaqlar internetdə hansı məzmunlu saytlara üstünlük verir?

Təəssüf ki, pornoqrafik saytlar da sırada yer alır İnformasiya kommunikasiya texnologiyaları artıq cəmiyyətimizin hər bir üzvünün ayrılmaz bir vasitəsinə çevrilib və hər birimiz gündəlik bundan istifadə edirik. Böyüməkdə olan gənclər, yeniyetmələrin də davamlı olaraq internet resurslarından istifadə etdiyini nəzərə alaraq müntəzəm olaraq bir sıra təşkilat və qurumlar tərəfindən yeniyetmə və uşaqların internetdə daha çox nədən istifadə etməsi barədə araşdırmalar, təhlillər aparılır. Bir müddət əvvəl də Azərbaycanda anoloji təhlil aparılıb və ortaya kifayət qədər maraqlı mənzərə çıxıb. Kaspersky Lab"şirkəti müəyyən edib ki, Yeni il bayramı və qış tətilində Azərbaycanda uşaqlar aktiv olaraq vaxtlarını internetdə musiqiyə qulaq asaraq, kino və videoçarxlara baxaraq keçiriblər. Şirkətin anonim statistikasına əsasən, dekabrın sonunda - yanvarın əvvəlində Azərbaycanda multimedia məzmunlu saytların payına uşaqların internetdə bütün fəallıqlarının 46 faizi düşüb. Axtarış sorğularının qəti lide..

Söyüş və təhqir kampaniyasına qarşı sərt reaksiya olmalıdır

Gövhər Baxşəliyeva: "Xalqımıza yaraşmayan bu çıxışlara cəmiyyət özü cavab verməlidir" Sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir. O mənada ki, sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır. Bu baxımdan sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar. O da şübhəsizdir ki, sosial şəbəkələr məhz pozitiv niyyətlə - insanların ünsiyyətini asanlaşdırmaq, informasiya mübadiləsini sürətləndirmək hədəfi ilə yaradılmışdır. Lakin hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də tapılır. Millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva qeyd ed..

Gürcüstanda ərzaq məhsulları kəskin bahalaşıb

Ötən ay Gürcüstanda inflyasiya 1,3%təşkil edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. İllik inflyasiya isə 2,2% olub. Yanvar ayında ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, tərəvəzlərin qiyməti 15,8%, meyvə və üzümün qiyməti 5,8%,süd, pendir və yumurtanın qiyməti 4,7%, çörək və yulafın qiyməti 1,4%, balığın qiyməti isə 1,4%, bahalaşıb. Alkoqollu içkilər və tütünün qiymətində 5,8% bahalaşma qeydə alınıb. İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, alkoqollu içkilər və tütünün qiyməti 10,1%, səhiyyə xərcləri 3,4%, nəqliyyat xərcləri isə 1,7% artıb. report Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.
- Advertisement -

Son xəbərlər

Xanımlar, diqqətli olun: Dezodorant süd vəzisi xərçəngi yaradır!

Britaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər. Sən demə, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır. Tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb. Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin in..

“Arxamızda güclü Azərbaycan dayanıb”

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Gənclər Gününə həsr olunmuş tədbirdə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstündür deməsinin əsasında gənclərimizin vətənpərvər, bilik, savad və milli təfəkkürlü olması dayanır". Bunu millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, gənclərimiz bu istiqamətlərdə inkişaf etməli və möhkəmlənməlidirlər: "Çünki, müstəqilliyimiz uzun illərin həsrətindən sonra əldə olunub. Biz müstəqil olmayan vaxtlarda da, indi də yaxşı görürük ki, necə yaxşıdır. Müstəqil olandan sonra öz milli bayrağımızı dalğalandırırıq, himnimizi oxuyuruq, bütün milli və mədəni sərvətlər xalqın olub. Azərbaycan inkişaf edir, güclənir. Dünya xəritəsində müstəqil Azərbaycanın yeri görünür. Dünyanın harasında olsaq da azərbaycanlı olmaqla qürur duyuruq və biz hiss edirik ki, arxamızda böyük güclü ölkə dayanıb. Bundan gözəl nə ola bilər. Ona görə də bizim gəncləri..

“Bu cür yanlış informasiyalar bilərəkdən tirajlanır” – Sabiq direktor

"21 yanvar tarixindən "Koneko Group" şirkətindən ayrılmağıma baxmayaraq, məni həmin qurumun direktoru kimi ictimaiyyətə təqdim ediblər. Məqsəd ölkənin bank sisteminə və ictimaiyyətə yanlış məlumat verməkdir". Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc ötən gün bir sıra mətbuat orqanlarında onunla bağlı yayılan məlumata münasibət bildirərkən deyib. V.Oruc yayılan məlumatların bilərəkdən tirajlandığını, bunun onun banklarla bağlı yeni işinə mane törətmək üçün hazırlandığını bildirib: "Hazırda yeni şirkət təsisçisiyəm və yaxın günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. İndi banklarla danışıqlar gedir. Biz yeni şirkətlə banklara və sığorta şirkətlərə xidmət təklif edirik. Bir sıra saytlar ötən gün mənim 1 ay öncə verdiyim açıqlamanı yenidən gündəmə gətirib və məni "Koneko Group" şirkətinin direktoru kimi təqdim edib. Amma mən 21 yanvar tarixindən etibarən həmin şirkətdən ayrıldığımı elan etmişəm. Hesab edirəm ki,..