Merlin Monronun avtomobili satışa çıxarılır –

Amerikalı aktrisa Merlin Monronun avtomobili ölümündən 56 il sonra satışa çıxarılır. Milli.Az axşam.az-a istinadən xəbər verir ki, avtomobilin qiyməti 500 min dollardır. "Ford Thunderbird" markalı avtomobili aktrisa ölümündən bir az əvvəl almışdı. Dəfələrlə yenilənən avtomobilin orijinal hissələrinin çoxu qalır. Qeyd edək ki, Monro avtomobili 1955-ci ildə 4 min dollara almışdı. Milli.Az

Azərbaycan şou-biznesi İnstagramda –

Ölkə şou-biznesinin tanınmış simaları bu gün də ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsində paylaşıblar. Milli.Az axşam.az-a istinadən həmin fotoları təqdim edir: Milli.Az

Azərbaycanda qaz abonentlərinin sayı artıb

2018-ci ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 70 468 yeni abonent qeydiyyata alınıb. Milli.Az Trend-ə istinadən bildirir ki, bunun 41 400-ü Bakı, Abşeron və Sumqayıt, 29 068-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub. Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 164 319-a çatıb. Qeyd edək ki, ötən ay ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 154 614 idi..

Bakıda camaata 8 min meyvə və həmişəyaşıl ağac tingləri paylanıldı –

"Hər ailə ağac əksin" devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018-ci il tarixində Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib. ETSN-dən Milli.Az-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb. Xatırladaq ki, 09 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində "Hər ailə ağac əksin" devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılmışdı. Qeyd edək ki, 17 noyabr 2018-ci il tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə "Bir şagird bir ağac əksin və qorusun" devizi altında davam etdiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır. Yusif Nəsirli Milli.Az

Azərbaycanda 40 ilin məhkumu həbsdə ölüb

Azərbaycanda məhkum ölüb. Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1953-cü il təvəllüdlü Nəriman Mahmud oğlu Mahmudov xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, N.Mahmudov 40 il həbs həyatı yaşayıb. Belə ki, o, bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Sonuncu həbsi zamanı məlum olub ki, N.Mahmudov əvvəllər törətdiyi cinayət əməllərinə görə, ümumilikdə 37 il məhkumluq həyatı yaşayıb. Milli.Az

Paşinyan özünü çuqçvanqa sürüklədi –

KTMT-nin Astana sammitində Ermənistan üçün qəbul edilən alçaldıcı qərardan sonra rəsmi İrəvan hərarətli şəkildə çətinləşən vəziyyətdən çıxış yolu axtarır. Vaxt da erməni hökumətinin əleyhinə işləyir - Qərblə oynadığı oyunlar nəticəsində Paşinyan özünü ən ağır çuqçvanqa (şahmatda növbəti gedişin vəziyyəti daha da ağırlaşdırdığı situasiya) sürüklədi və indi də hər dəqiqəni qazanmağa çalışır. Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı bu gün Ermənistanın Qazaxıstandakı səfiri Ara Saakyanın geri çağırıldığını yazıb. Bundan cəmi bir neçə saat sonra isə onun yerinə Qagik Kalaçyan təyin edilib. Yeni təyin olunan səfir KTMT-nin işi ilə yaxından tanışdır. Başqa sözlə desək, o, təşkilatın daxilindəndir - 2001-2004-cü illərdə KTMT-nin daimi şurasının üzvü olub. 2009-2011-ci illərdə isə Ermənistanın Yunanıstan, Albaniya və Serbiyadakı səfiri olub. Astana sammitinin Ermənistan üçün rüsvayçılıqla yekunlaşmasından dərhal sonra erməni mətbuatında Qazaxıstan Prezidenti Nursulta..

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması sahəsində fərqlənən şəxslər təltif edilib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: "Tərəqqi" medalı ilə Abdullayev Akif Hacı oğlu Feyzullayev Tural Hicrət oğlu İsayev İdris Balakişi oğlu Qasımlı Vüsal Əfras oğlu Məmmədov Sahib Əli oğlu Lətifov Ragim Əhəd oğlu Rüstəmli Elsevər Mövlud oğlu Vəliyev İlkin Etibar oğlu Vəliyev Sərvər Yaqub oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Qədirov Ayaz Tofiq oğlu Məmmədova Fərəh Fərahim qızı Sadıqov Rafiq Fazil oğlu Şahbazov Famil Fariz oğlu Şirinov Şamil Vidadi oğlu Milli.Az

DİQQƏT!

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə və sürücülərinə xəbərdalıq edib. Milli.Az bildirir ki, idarədən Trend-ə verilən məlumata görə, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabır ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmuşdur: "Maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinin ətrafında yerləşən kənd və qəsəbələrə, eləcə də paytaxtda tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən ticarət obyektlərinə günün istənilən vaxtı gediş-gəliş üçün bir neçə marşrut müəyyənləşdirilmiş və cari il noyabr ayının 15-dən sonra həmin marşrutlardan kənara çıxar..

Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfiri vəzifəsindən geri çağırılıb

Prezident İlham Əliyev Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfirini vəzifəsindən geri çağırıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın". Milli.Az

“CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmi nümayiş etdiriləcək –

"CinemaPlus" kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin "Üç üz" filminin Azərbaycan premyerası baş tutacaq. Milli.Az xəbər verir ki, 71-ci Beynəlxalq Kann kinofestivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olmuş film yalnız bir gün- 16 noyabr saat 19:00-da ekskluziv olaraq "CinemaPlus Gənclik Mall"da nümayiş olunacaq. Azərbaycan əsilli iranlı kinorejissorun yeni filmi patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir. Filmdə həyatının müxtəlif etapını yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq başa vurub, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Gənc qız dəstək almaq məqsədilə ölkənin məşhur aktrisasına müraciət edir. Aktrisa kinorejissor dostu ilə birgə qızın yaşadığı kəndə yola düşür. Filmdə əsas rolları İranın t..
- Advertisement -

Son xəbərlər

Xanımlar, diqqətli olun: Dezodorant süd vəzisi xərçəngi yaradır!

Britaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər. Sən demə, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır. Tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb. Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin in..

“Arxamızda güclü Azərbaycan dayanıb”

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Gənclər Gününə həsr olunmuş tədbirdə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstündür deməsinin əsasında gənclərimizin vətənpərvər, bilik, savad və milli təfəkkürlü olması dayanır". Bunu millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, gənclərimiz bu istiqamətlərdə inkişaf etməli və möhkəmlənməlidirlər: "Çünki, müstəqilliyimiz uzun illərin həsrətindən sonra əldə olunub. Biz müstəqil olmayan vaxtlarda da, indi də yaxşı görürük ki, necə yaxşıdır. Müstəqil olandan sonra öz milli bayrağımızı dalğalandırırıq, himnimizi oxuyuruq, bütün milli və mədəni sərvətlər xalqın olub. Azərbaycan inkişaf edir, güclənir. Dünya xəritəsində müstəqil Azərbaycanın yeri görünür. Dünyanın harasında olsaq da azərbaycanlı olmaqla qürur duyuruq və biz hiss edirik ki, arxamızda böyük güclü ölkə dayanıb. Bundan gözəl nə ola bilər. Ona görə də bizim gəncləri..

“Bu cür yanlış informasiyalar bilərəkdən tirajlanır” – Sabiq direktor

"21 yanvar tarixindən "Koneko Group" şirkətindən ayrılmağıma baxmayaraq, məni həmin qurumun direktoru kimi ictimaiyyətə təqdim ediblər. Məqsəd ölkənin bank sisteminə və ictimaiyyətə yanlış məlumat verməkdir". Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc ötən gün bir sıra mətbuat orqanlarında onunla bağlı yayılan məlumata münasibət bildirərkən deyib. V.Oruc yayılan məlumatların bilərəkdən tirajlandığını, bunun onun banklarla bağlı yeni işinə mane törətmək üçün hazırlandığını bildirib: "Hazırda yeni şirkət təsisçisiyəm və yaxın günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. İndi banklarla danışıqlar gedir. Biz yeni şirkətlə banklara və sığorta şirkətlərə xidmət təklif edirik. Bir sıra saytlar ötən gün mənim 1 ay öncə verdiyim açıqlamanı yenidən gündəmə gətirib və məni "Koneko Group" şirkətinin direktoru kimi təqdim edib. Amma mən 21 yanvar tarixindən etibarən həmin şirkətdən ayrıldığımı elan etmişəm. Hesab edirəm ki,..