Home Authors Posts by xeberchi

xeberchi

13306 POSTS 0 COMMENTS
- Advertisement -

Son xəbərlər

Xanımlar, diqqətli olun: Dezodorant süd vəzisi xərçəngi yaradır!

Britaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər. Sən demə, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır. Tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb. Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin in..

“Arxamızda güclü Azərbaycan dayanıb”

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Gənclər Gününə həsr olunmuş tədbirdə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstündür deməsinin əsasında gənclərimizin vətənpərvər, bilik, savad və milli təfəkkürlü olması dayanır". Bunu millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, gənclərimiz bu istiqamətlərdə inkişaf etməli və möhkəmlənməlidirlər: "Çünki, müstəqilliyimiz uzun illərin həsrətindən sonra əldə olunub. Biz müstəqil olmayan vaxtlarda da, indi də yaxşı görürük ki, necə yaxşıdır. Müstəqil olandan sonra öz milli bayrağımızı dalğalandırırıq, himnimizi oxuyuruq, bütün milli və mədəni sərvətlər xalqın olub. Azərbaycan inkişaf edir, güclənir. Dünya xəritəsində müstəqil Azərbaycanın yeri görünür. Dünyanın harasında olsaq da azərbaycanlı olmaqla qürur duyuruq və biz hiss edirik ki, arxamızda böyük güclü ölkə dayanıb. Bundan gözəl nə ola bilər. Ona görə də bizim gəncləri..

“Bu cür yanlış informasiyalar bilərəkdən tirajlanır” – Sabiq direktor

"21 yanvar tarixindən "Koneko Group" şirkətindən ayrılmağıma baxmayaraq, məni həmin qurumun direktoru kimi ictimaiyyətə təqdim ediblər. Məqsəd ölkənin bank sisteminə və ictimaiyyətə yanlış məlumat verməkdir". Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc ötən gün bir sıra mətbuat orqanlarında onunla bağlı yayılan məlumata münasibət bildirərkən deyib. V.Oruc yayılan məlumatların bilərəkdən tirajlandığını, bunun onun banklarla bağlı yeni işinə mane törətmək üçün hazırlandığını bildirib: "Hazırda yeni şirkət təsisçisiyəm və yaxın günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. İndi banklarla danışıqlar gedir. Biz yeni şirkətlə banklara və sığorta şirkətlərə xidmət təklif edirik. Bir sıra saytlar ötən gün mənim 1 ay öncə verdiyim açıqlamanı yenidən gündəmə gətirib və məni "Koneko Group" şirkətinin direktoru kimi təqdim edib. Amma mən 21 yanvar tarixindən etibarən həmin şirkətdən ayrıldığımı elan etmişəm. Hesab edirəm ki,..