Yunus Oğuz: “Faktiki olaraq, onlayn media çap mətbuatını üstələyib”

0
45

"Bizim fondla müqaviləmiz var". Bunu "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib. Onun sözlərinə görə, ona görə də, biz o müqaviləni yerinə yetiririk: "Yeni şərtlər qoyulur, yeni şərtlər bizi qane etməsə, ya biz özümüz müstəqil çıxacağıq, ya da dayanacağıq. Bu, hələ martın sonundan bilinəcək. Ərizə verəcəyik, verməyəcəyik və yaxud fonda ehtiyacımız olacaq, olmayacaq, özümüz müstəqil çıxacağıq, çıxmayacağıq, bunlar aprelin 1-də müəyyənləşəcəkdir. Biz hazırda çıxırıq. İndi Azərbaycanda iki əsas məsələyə diqqət verilir. Biri siyasi məhbuslardır, digəri isə qəzetlərdir. Bundan istifadə edən, bəzi məkrli qüvvələr mənasız hay-küy salıb, deyirlər ki, görürsünüz, qəzetləri də bağlayırlar. Qəzet əməkdaşları özləri qərar verəcəklər ki, biz dayanırıq, ya dayanmırıq, yaxud fonda ehtiyacımız var və ya yoxdur, çıxırıq və ya çıxmırıq. Bu da normal bir haldır. İndi zaman da dəyişib. Deyək ki, sayta çox tutarlı bir xəbər qoymuşuq, o xəbər 24 saatdan sonra qəzetə qoyulacaq. Yəni 24 saat vaxt itkisidir. Faktiki olaraq, onlayn media çap mətbuatını üstələyib. Bunu da nəzərə almaq lazımdır".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here