“İlham Əliyevin siyasəti ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə səbəb olub”

0
18

Müasir dünyada qarşısıalınmaz proses olan qloballaşma tək mədəniyyətliliyə doğru aparmaqla yanaşı, həm də hər bir xalqa öz mədəniyyətini təbliğ etmək imkanı yaradır. Bu baxımdan gənclərin milli ruhda tərbiyə alması çox vacib amildir. Bunu politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin haqlı olaraq söylədiyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.

Politoloq hesab edir ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var: "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Müasir dünyanın ən mühüm tələblərindən biri təhsilli və savadlı gənclərin yetişməsidir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qeyd etdi: "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır".

N.Məmmədova əlavə edib ki, Prezident İlham Əliyevin bu çıxışı ümummilli lider Heydər Əliyevin yeritdiyi siyasətə sadiqliyini göstərir: "Cünki ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycan gənclərinin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almasına çalışırdı. Bu, ixtisaslı, savadlı gənc kadrlar sayəsində fövqəldövlətin bir respublikası kimi Azərbaycanın irəli getməsinə, nüfuz qazanmasına səbəb oldu. Bu gün də həmin mütəxəssislər Rusiya və digər MDB ölkələrində diasporumuzun əsasını təşkil edirlər".

Politoloq vurğulayıb ki, hazırda Azərbaycan dövlətinin strateji məqsədlərindən biri beynəlxalq münasibətlərdə dövlətimizin yeritdiyi siyasəti uğurla davam etdirməyi bacaran, dünyanın reallıqlarını aydın dərk edib ona uyğun fəaliyyət göstərmək potensialı olan gənc kadrların hazırlanması prosesinin davamlılığını təmin etməkdən ibarətdir:

"Eləcə də müasir dünyanın çağırışları savadlı, erudisiyalı gənclərin sayəsində ölkələrin dünyada öz layiqli yerini tutacağını deməyə əsas verir. Qloballaşma, dördüncü sənaye inqilabı, süni intellektin yaradılması hər bir dövlətdən adekvat davranış, çağırışlara strateji yol xəritələri ilə yanaşma tələb edir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə və layiqli yerlərini tutmasına səbəb olub".

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here