Erməni hərbi ekspert: “Azərbaycan da analoji qırıcılardan əldə edəcək”

0
40

"Su-30 SM qırıcılarının əldə edilməsi və onların effektiv istifadəsi silahlanma balansını təmin edəcək". Bu barədə erməni hərbi ekspert, razm.info saytının koordinatoru Karen Vratanesyan tert.am-a Rusiyadan alınmış qırıcılar barədə danışarkən deyib.

Lakin erməni ekspert, onu da istisna etməyib ki, Azərbaycan da bu qırıcılardan əldə edəcək. "Əlbəttə ki, bir müddət sonra Azərbaycanın da analoji qırıcılar əldə etməsini istisna etmək olmaz", deyən Karen Vratanesyan bildirib ki, burada bəzi suallar meydana çıxır: "Bəs Azərbaycan nə qədər qırıcı alacaq və onları necə istifadə edəcək, Ermənistan alınmış qırıcılardan hansı üsulla istifadə edəcək".

Erməni hərbi ekspert qeyd edib ki, Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, Ermənistan 4 ədəd Su-30SM alacaq. "Bu, həmin minimumdur ki, effektliyi təmin edəcək", deyə o, əlavə edib.

Vratanesyan bildirib ki, hazırkı məqamda əlavə xərclər də yaranır.

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here