“Bu cür yanlış informasiyalar bilərəkdən tirajlanır” – Sabiq direktor

0
13

"21 yanvar tarixindən "Koneko Group" şirkətindən ayrılmağıma baxmayaraq, məni həmin qurumun direktoru kimi ictimaiyyətə təqdim ediblər. Məqsəd ölkənin bank sisteminə və ictimaiyyətə yanlış məlumat verməkdir".

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc ötən gün bir sıra mətbuat orqanlarında onunla bağlı yayılan məlumata münasibət bildirərkən deyib. V.Oruc yayılan məlumatların bilərəkdən tirajlandığını, bunun onun banklarla bağlı yeni işinə mane törətmək üçün hazırlandığını bildirib:

"Hazırda yeni şirkət təsisçisiyəm və yaxın günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. İndi banklarla danışıqlar gedir. Biz yeni şirkətlə banklara və sığorta şirkətlərə xidmət təklif edirik. Bir sıra saytlar ötən gün mənim 1 ay öncə verdiyim açıqlamanı yenidən gündəmə gətirib və məni "Koneko Group" şirkətinin direktoru kimi təqdim edib. Amma mən 21 yanvar tarixindən etibarən həmin şirkətdən ayrıldığımı elan etmişəm. Hesab edirəm ki, bu cür yanlış məlumatların tirajlanması məqsədli şəklildə edilib. Sizin vasitənizlə bir daha bəyan edirəm ki, məni "Koneko" ilə 21 yanvar tarixindən heç nə bağlamır. Hal-hazırda mən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müaviniyəm və yaxın günlərdə paralel olaraq öz şirkətimlə bağlı mətbuata açıqlama verəcəm. Mediadan dəstək gözləyirəm və məni AQC-nin sədr müavini kimi təqdim etmələrini xaiş edirəm. Yanlış informsiyanın isə aradan qaldırılmasını tələb edirim!"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here