“Arxamızda güclü Azərbaycan dayanıb”

0
54

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Gənclər Gününə həsr olunmuş tədbirdə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstündür deməsinin əsasında gənclərimizin vətənpərvər, bilik, savad və milli təfəkkürlü olması dayanır". Bunu millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, gənclərimiz bu istiqamətlərdə inkişaf etməli və möhkəmlənməlidirlər: "Çünki, müstəqilliyimiz uzun illərin həsrətindən sonra əldə olunub. Biz müstəqil olmayan vaxtlarda da, indi də yaxşı görürük ki, necə yaxşıdır. Müstəqil olandan sonra öz milli bayrağımızı dalğalandırırıq, himnimizi oxuyuruq, bütün milli və mədəni sərvətlər xalqın olub. Azərbaycan inkişaf edir, güclənir.

Dünya xəritəsində müstəqil Azərbaycanın yeri görünür. Dünyanın harasında olsaq da azərbaycanlı olmaqla qürur duyuruq və biz hiss edirik ki, arxamızda böyük güclü ölkə dayanıb. Bundan gözəl nə ola bilər. Ona görə də bizim gənclərimizin üstünə düşən əsas vəzifə müstəqilliyi qorumaq, ölkəmizdəki siyasi sabitliyi pozmağa çalışan qüvvələrə sərt cavab vermək, vətənpərvər ruhda tərbiyə olunmaq və dövlət idarəetmə sistemində yaxından iştirak etməkdən ibarətdir".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here