“Onun səhv etmək şansı yoxdur” –

0
4

"Bir həftə sonra Ermənistanda yeni seçilmiş parlamentin ilk iclası keçiriləcək, bununla ölkənin yeni hökuməti formalaşdırılacaq. Yanvarın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən bu posta seçiləcək və bir neçə gün ərzində hökumətin tərkibi prezidentə təqdim ediləcək".

Bunu erməni analitik Sərkis Arçruni deyib.

Ekspert hesab edir ki, Paşinyan və komandasının həll etməsi vacib olan ciddi problemlər var:

"Keçən ilin aprel ayında Paşinyanı çevriliş yolu ilə hakimiyyətə gətirən cəmiyyət ondan inqilabi islahatlar və Ermənistanı böhran bataqlığının içindən çıxarmağı gözləyir.

Lakin erməni ekspertlər bu barədə pessimistdir. Hesab edilir ki, Nikol Paşinyanın komandası tərəfindən konkret nəticələrin əldə edilməsinə hesablanmış təbliğat tezisləri praktikada müsbət nəticələrin əldə edilməsinə imkan verməyəcək.

Dekabrın 9-da keçirilən parlament seçkiləri Ermənistanda cinayət-oliqarxiya sisteminin sona çatdırıldığını elan etsə də, əsas gözləntilərdən biri də keçmiş prezident Robert Köçəryan və ona bağlı klana qarşı mübarizənin daha da sərtləşəcəyi gözləntilər arasındadır.

Nüfuzlu üzvləri bütün hakimiyyət orqanlarından kənarlaşdırılmış klanın başçısı Köçəryanın Rusiyanın təzyiqlərinə baxmayaraq həbsxanada saxlanılması da, ondan xəbər verir ki, yeni hakimiyyət Rusiyaya meydan vermək istəmir.

Lakin yeni hakimiyyətdən yaradıcı qərarlar, davamlı iş və siyasi iradə tələb edilsə də, Paşinyanın konkret "yol xəritəsi"nə malik olub-olmadığı da naməlumdur".

Sərkis Arçruni qeyd edib ki, inqilabdan keçən 9 ay ərzində Paşinyan sosial-iqtisadi və siyasi islahatlarla bağlı bir neçə bəyanat versə də, onun 2019-cu il üçün prioritet elan etdiyi "iqtisadi inqilab"ı hansı formada həyata keçirəcəyi bəlli deyil:

"Post-inqilab dönəmində keçirilən seçkilərin keyfiyyəti də Ermənistana xarici investisiya axınına təkan verməsi üçün əsas ola bilməz, çünki yeni hakimiyyətin hansı xarici siyasi xəttin üzərində gedəcəyi dəqiqləşdirilməyib.

Hələlik isə Paşinyan yalnız daxili sabitliyə və hakimiyyətinin gücləndirilməsinə yönəlik siyasi məzmunlu addımlar atır. Bu isə yeni hakimiyyət üçün avtoritar nəzarət idarəetmə metodologiyasına üstünlük verdiyi ehtimalını yaradır. Digər yandan da, Paşinyanın komanda quruculuğunda etibar etdiyi və "texnokrat" adlandırdığı nazirlər və komandanın digər üzvləri etimadı doğrultmur. Bu isə inqilabdan sonrakı dönəmdə Qagik Çarukyan kimi müttəfiqini və keçmiş hakim komandanı özündən narazı salmış Paşinyanın mövqelərini laxlada bilər".

Ekspert Paşinyan üçün nəzərdə tutulmuş keçid dönəminin başa çatdığını bildirib:

"Əgər Paşinyan vəd etdiyi islahatları yerinə yetirmək əvəzinə keçmiş hakimiyyəti inkar siyasətini davam etdirsə, bu, ona baha başa gələ bilər. Bir sözlə, Paşinyanın indən sonra səhv etmək şansı yoxdur".

teleqraf.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here