“Səfər iki ölkə arasında dostluq münasibətlərinin möhkəmliyini göstərir”

0
7

"Azərbaycan Prezidenti İlham Əliyevin qonşu Türkmənistan Respublikasına işgüzar səfəri iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəmliyindən xəbər verir". Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Son vaxtlar Azərbaycan Türkmənistan münasibətlərinin inkişaf tempi ilə irəlilədiyini deyən deputat söyləyib ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq nəticəsində bir sıra sahələrin inkişafı ilə bağlı investorlar cəlb edilib və bu proses bu gün də davam edir.

E. Səlimov söyləyib ki, Azərbaycan Prezidenti tərəfindən atılan hər bir addım xalqımız tərəfindən yüksək qiymətləndirilməklə yanaşı, ölkəmizin iqtisadi inkişafına yeni bir töhfə kimi qarşılanır: "Bu işgüzar səfərdə də əldə olunacaq qarşılıqlı müqavilələr hər iki ölkə üçün daha əhəmiyyətli olacaq. Səfər zamanı ən vacib sahələrdən biri olan enerji təhlükəsizliyi ilə bağlı mühüm sənədlərin qəbul edilməsi gözləniləndir. Hər iki ölkə arasındakı qarşılıqlı münasibəıtlərin yüksək səviyyədə olması iki ölkənin iqtisadi inkişafına mədəni inkişafına böyük töhfə verəcək".

Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini dilə gətirən deputat ölkələr arasında fəal siyasi dialoqun mövcud olduğunu dilə gətirib: " Bubaxımdan düşünürəm ki, Dövlət başçısının Türkmənistana səfəri ölkələr arasında əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here