“Qızıl Top”u Modriç götürür?

0
9

2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatının sahibi olmağa ən real namizədlərin adları bəlli olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "France Football"ın keçirdiyi sorğuda səslərin yarısının hesablandığı iddia olunur.Fransalı həmkarlarımız son 10 ildə hərəyə 5 dəfə "Qızıl top" alan portuqaliyalı Kriştiano Ronaldo və Lionel Messinin liderlərdən geri qaldığı iddiasındadır.

Məlumatda bildirilir ki, səslərin yarısı hesablandıqdan sonra Xorvatiya millisinin və Real Madrid-in yarımmüdafiəçisi Luka Modriç hamını qabaqlayır və məhz onun mükafata sahib çıxacağı gözlənilir.İlk "üçlük"də Fransa millisinin iki üzvü də yer alıb. Modriçi klubdakı komanda yoldaşı Rafael Varan izləyir. 3-cü sırada isə PSG-nin gənc ulduzu Killian Mbappe qərarlaşıb.

Qeyd edək ki, "Qızıl top"un sahibi dekabrın 3-də açıqlanacaq.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here