Moqadişoni qana boyadılar:

0
21

Somalidə paytaxtı Moqadişoda otel yaxınlığında terrorçu-kamikadzelərin özünü partladıb. Hadisə Moqadişodakı "Sahafi Hotel" mehmanxanasının qarşısında qeydə alınıb.

Partlayışlar nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Bildirilir ki, partlayışlar zamanı 100-ə yaxın insan xəsarət alıb.

Paytaxtda ümumilikdə 4 partlayış törədilib.

Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.

Hücuma görə məsuliyyəti "Əş Şabab" terror qruplaşması üzərinə götürüb.

Polis rəsmisinin sözlərinə görə, ərazidə axtarış-xilasetmə işləri hələ də davam etdirilir.

Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması üzərinə götürüb.

Bundan əvvəl Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib.

10.11.2018

19:37

Ötən gün Somalinin paytaxtı Moqadişoda baş verən 3 partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Xinhua" agentliyi polis və tibb xidmətlərinə istinadən xəbər verir.

Bildirilir ki, partlayışlar 58 nəfərin xəsarət almasına səbəb olub: "Dağıntılar altından yenidən meyitlər tapılıb, həlak olanların sayı hazırda 50 nəfər təşkil edir. Dağıntılar altında insanların qalması barədə hazırda məluamtımız yoxdur, lakin biz bütün qüvvəmizlə itkin düşənləri axtarırıq".

Xatırladaq ki, ötən gün terrorçular partlayıcı maddələrlə dolu 3 avtomobili Moqadişonun mərkəzində yerləşən otelin binası yaxınlığında partladıblar. Partlayışlara görə məsuliyyəti "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here