“Milan” Çindən hücumçu gətirir

0
19

Çinin Tianjin Quanjian klubunun hücumçusu Aleşandro Pato karyerasını İtaliyada davam edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Milan" onunla maraqlanır. İtaliyalılar Zlatan İbrahimoviçi heyətə gətirməyi planlaşdırırdı. Lakin isveçli "Los Angeles Galaxy"dən ayrılmayacağını bildirib. Buna görə də, "Milan" Patonu gətirməyi düşünür. 29 yaşlı hücumçu 2007-2013-cü illərdə "Milan"ın formasını geyinib.

Patonun baş məşqçi Qattuzo ilə yaxşı münasibətləri olduğu deyilir. "Milan" üçün yeganə problem Patonun məvacibi ilə bağlı ola bilər. Braziliyalı hücumçu Çin klubunda ilinə 9 milyon avro qazanır.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here