“Lui Van Qalın bir dəli olduğunu deyə bilərəm”

0
6

"Bayern Munich"in keçmiş futbolçusu Martin Demiçelis bu komandanın sabiq baş məşqçisi Lui Van Qal haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Argentina millisinin sabiq üzvü "Bayern Munich"də birgə çalışdığı 67 yaşlı mütəxəssisin dəli olduğunu deyib:

"Lui Van Qalın bir dəli olduğunu deyə bilərəm. "Bayern Munich"də keçirdiyim bir oyunun ilk hissəsini 3:0 hesabı ilə irəlidə bitirdik. Van Qal qaçaraq paltardəyişmə otağına girdi, qapını və çantaları təpiklədi. Dayanmadan "rəqib fəlakət idi" deyirdi. Vitse-kapitan olaraq, bizi təhqir etməməsini dedim. İkinci hissədə pis oynadım, sonrakı gün mənə "bir də heç vaxt müdaxilə etmə" dedi".

"Bayern Munich", "Malaqa", "Atletiko", "Mançester Siti" kimi komandaların şərəfini qorumuş Demiçelis karyerasını 2017-ci ildə bitirib.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here