Karlsen və Karuana arasında sülh

0
14

Norveçli Maqnus Karlsen və ABŞ təmsilçisi Fabiano Karuana arasında dünya çempionluğu uğrunda İngiltərənin paytaxtı Londonda keçirilən ikinci partiya da heç-heçə ilə yekunlaşıb.

Milli.Az report-a istinadən bildirir ki, 49-cu gedişdə tərəflər "sülh"ə razılaşıblar – 0,5:0,5. İlk partiyada da heç-heçə qeydə alındığından, hazırda ümumi hesab bərabərdir – 1:1.

Karlsen və Karuana ümumilikdə 12 partiya klassik şahmat oynayacaqlar. Növbəti qarşılaşma noyabrın 12-də olacaq.

Bundan əvvəl Dünya şahmat tacı uğrunda ilk görüş heç-heçə ilə yekunlaşıb.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here