İndoneziyada sürüşmə:

0
7

İndoneziyanın Şimali Sumatraəyalətində sürüşmə nəticəsində 7 nəfər həyatını itirib.

Milli.Az bildirir ki, "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Təbii Fəlakətlərin Aradan Qaldırılması Agentliyinin rəhbərinə istinadən "Sinhua" məlumat yayıb.

Bildirilir ki, sürüşmə şənbə günü axşam Cənubi Nias dairəsində 100 metr hündürlüklü təpədə baş verib.

Agentlik rəhbəri Riadil Əhir Lubisin sözlərinə görə, sürüşməyə şiddətli yağışlar səbəb olub. Nəticədə torpaq və daş kütləsi 7 nəfərin olduğu evin üzərinə dağılıb.

"Sürüşmə səbəbindən evdə olan 7 nəfərin hamısı ölüb", – deyə Lubis bildirib.

Təpənin yamacında yaşayan digər sakinlər təxliyyə olunub.

Bundan əvvəl Braziliyada 9 nəfər torpaq sürüşməsinin qurbanı olub.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here