“Ermənistan hakimiyyəti Moskvanı pis vəziyyətdə qoyub” –

0
73

KTMT-nin Astanadakı sammitində hərbi birliyə üzv olan ölkələrin bir neçəsi erməni general Yuri Xaçaturovun istefasından sonra növbəti baş katib postunun əlifba sırası ilə Belarus nümayəndəsinə verilməsinə tərfədar olduğunu bəyan edib.

Bu informasiyanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev də təsdiqləyib. Onun sözlərinə görə, Ermənistana ayrılan kvotanın bitməsinə onsuz da cəmi bir qalıb. Bu müddət ərzində isə Ermənistan nümayəndəsi öz səlahiyyətlərini səmərəli şəkildə icra edə bilməyəcək.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın 1-ci informasiya saytı məsələ ilə bağlı ölkənin müdafiə nazirinin müavini Artak Zakaryanın rəyini öyrənib.

A.Zakaryan bununla bağlı prosesin hələ bitmədiyini və dekabrın 6-na qədər davam edəcəyini söyləyib. Ermənistan rəsmisinin fikrincə, yaxşı iş aparıldığı təqdirdə, rəsmi İrəvan 2020-ci ilə qədər KTMT-yə rəhbərliyi qoruya biləcək.

O, baş katib vəzifəsinin Ermənistana verilməsi üçün vaxtilə az əmək sərf edilmədiyini qeyd edib: "KTMT-nin bölgədəki əhəmiyyətini aşağı salmaq olmaz. Əgər biz beynəlxalq təşkilatların roluna layiq olduqları dəyəri verməsək, o zaman xarici siyasi komponentlərdən məhrum olarıq. Mən hələ hərbi-texniki, hərbi-siyasi imkanların itirilməsindən danışmıram. KTMT bizim üçün təhlükəsizliyimizin artırılmasına ciddi yardımlar bəxş edən, habelə hərbi-texniki əməkdaşlıq imkanlarını yaradan bir meydandır. KTMT həm də bir çox problemin səmərəli şəkildə müzakirə olunduğu bir çətir və ya dam örtüyüdür".

Artak Zakaryanın rəyinə görə, Ermənistan bu mənada Yuri Xaçaturovu geri çağırmaqla, Moskvanı da olduqca pis vəziyyətdə qoyub.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here