Bakıda soyğunçuluq edən keçmiş məhkum tutuldu

0
7

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Y.Bobrovanın içərisində 500 manat, 450 ABŞ dolları və mobil telefon olan pulqabısını əlindən alıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Qasımlı saxlanılıb.

Məlum olub ki, Ruslan Qasımlı əvvəllər də məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here