Avstriya və Rusiya arasında casus qalmaqalı:

0
9

Noyabrın 9-da Avstriya əks-kəşfiyyatı uzun illər boyu Rusiya xüsusi xidmət orqanları üçün casusluq edən bir polkovniki həbs edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, polkovnikin kimliyi hələ də açıqlanmayıb və onun hansı informasiyaları ruslara verə biləcəyi barədə müxtəlif ehtimallar dolaşmaqdadır.
Bildirildiyinə görə, avstriyalı casus ölkənin Müdafiə Nazirliyinin kadr tərkibi, onların şəxsi xarakteristikası, hətta zövqlərinə qədər hər cür məlumatı ötürüb. Məsələn o, Avstriya ordusunun baş qərargah rəisinin romlu tortları (punşkrapfen adlanır) olduqca xoşladığını da xəbər veribmiş.
"Profil" jurnalının məlumatına görə, əslində, polkovnikin yüksək məxfilik dərəcəsindəki informasiyalara çıxışı olmayıb. Lakin o, rabitə sistemləri, onların reyestrləri, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin telefon siyahıları ilə bağlı ciddi biliklərə sahib olub və onu ruslarla paylaşıb. Bu cür informasiyaların isə danışıqlar zamanı odluqca ciddi fayda verdiyi bilinməkdədir.
Ölkənin "Salzburger Nachrichten" qəzetinin verdiyi xəbərə əsasən, avstriyalı polkovnik rus kuratoruna Avstriyanın Hərbi-Hava Qüvvələri, artilleriya sistemləri, habelə miqrantlarla bağlı yaranan problemlər barədə də önəmli faktlar ötürüb.
Polkovnikin hələ 1988-ci ildə sovet kəşfiyyatı tərəfindən ələ alındığı gələn xəbərlər arasındadır. Onun 2006-cı ildə ruslarla əməkdaşlığı kəsmək istədiyi, lakin sonuncuların buna razılıq vermədiyi söylənməkdədir.
"Krone Zeitung" qəzetində yazılan xəbərə əsasən, ifşa olunan casus ilə bağlı dəyən zərər 1-ci dünya müharibəsində Rusiyanın Avstriya-Macarıstandakı casusu polkovnik Alfred Redlin vurduğu ziyana bərabər tutula bilər (Alfred Redl 1914-cü ilin avqustunda Avstriya-Macarıstan ordusunun Serbiyaya hücum planını ruslara vermiş, nəticədə Serbiya ordusu güclü müqavimət göstərə bilmişdi. Redlin satqınlığı yarım milyon avstriyalı əsgərin ölümü hesabına başa gəlmişdi).

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here