Amerikalı UFC döyüşçüsü Həbibi hədələdi

0
4

Mütləq döyüş çempionatının (UGC) amerikalı döyüşçüsü Donald Serrone "UFC Fight Night 139" turnirində Mayk Perriyə qalib gəldikdən sonra yenidən yüngül çəkiyə döndüyünü bəyan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hazırda yüngül çəkidə çempion titulu Həbib Nurməhəmmədova məxsusdur.

"Bəli, mən qayıdıram. Həbib, mən sənin və sənin kəmərinin ardınca gəlirəm", – Serrone deyib.

Qeyd edək ki, amerikalı 2016-cı ilə qədər yüngül çəkidə çıxış edib. Lakin UFC çempionu adı uğrunda döyüşdə Rafael dos Anyosa məğlub olduqdan sonra yarımyüngül çəkiyə keçib.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here