ABŞ Türkiyə sərhədində 5 000 terrorçuya hərbi təlim keçdi –

0
6

ABŞ Suriyanın Haseke bölgəsində 5 000 PKK terrorçusu üçün hərbi təlimlər təşkil edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, təlimlərdən sonra terrorçulara məzun diplomları və ixtisaslarına uyğun silah verilib.

Türkiyə mətbuatı yazır ki, Haseke bölgəsində terrorçulara bomba, ağır silah, zenit qurğuları, tank əleyhinə mexanizmlərdən istifadə, nizami və qeyri-nizami döyüş şəraitində fəaliyyət aparılması qaydaları öyrədilib.

ABŞ tərəfindən verilən təlimlər "Sərhəd Təhlükəsizliyi Birliyi Xüsusi Təlimlər" başlığı altında gerçəkləşdirilir. Təlimlərin ilk günündən etibarən bütün terror təşkilatı üzvlərinə Pentaqon tərəfindən 200 dollar məbləğində maaş verilir.

Qeyd edək ki, ABŞ İŞİD-lə mübarizə adı altında PKK/YPG terrorçularına hərbi, elmi dəstək verir, onları silahlandırır.

Milli.Az

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here