Şahmat üzrə dünya çempionu kim olacaq?

0
15

Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ikinci partiyada ağ fiqurlarla oynayan norveçli Maqnus Karlsen amerikalı Fabiano Karuana ilə heç-heçə edib. Şahmatçılar birinci partiyada da xalı yarı bölmüşdülər. Beləliklə, ilk iki oyunun nəticəsinə görə hesab bərabərdir – 1:1. Üçüncü partiya bazar ertəsi günü oynanılacaq.

Noyabrın 9-dan 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.

Milli.Az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here