Körpənin dərisini nəmləndirmək üçün

0
2

Körpələr sıxıntılarını danışaraq dilə gətirə bilmədikləri üçün yaşadıqları dəri problemləri ancaq analarının diqqəti sayəsində ortaya çıxır. Əgər körpənizin dərisində nəmlə əlaqəli problem olduğunu düşünürsünüzsə, bu praktik üsulları tətbiq edə bilərsiniz.

– Körpənizin dərisinə toxunarkən quru olduğunu hiss edirsinizsə, gündə iki dəfə losyon sürtün.

– Körpələrin dərisi hava şərtlərindən çox tez təsirlənir. Quru soyuq, isti günəşli havalarda da körpənizə nə geyindirəcəyinizə diqqət etməlisiniz.

– Suyu çox sevsə də, körpənizin suda çox qalmasına icazə verməyin. Həftədə 3 dəfə çimizdirin.

– Çimərkən körpənizin dərisinə sürtdüyünüz losyonu dərisi tam qurumadan sürtsəniz, təsiri daha güclü olar.

– Uşaq otağının, evin havası qurudursa, bu, körpənin dərisinə təsir edə bilər. Bu problemi evdə nəmləndirici istifadə edərək həll edə bilərsiniz.

– Bütün bunlara rəğmən dəri quruluğu problemi davam edirsə, həkimə baş vurun.

Milli.Az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here