Danışmaq üçün 375 min, susmaq üçün 2,5 milyon avro –

0
15

Məşhur futbolçu Neymarın oynadığı oyunla yanaşı, reportaj vermək, yaxud tərəfdarlarını salamlamaq üçün də ödəniş aldığı ortaya çıxıb.
Publika.az xəbər verir ki, Neymarın PSJ ilə bağladığı müqavilədə yaşıl meydanlarda göstərdiyi oyundan başqa digər hərəkətlərinə görə də ödəmələr alır.
Danışmaq üçün 375 min avro
Neymar oyun öncəsi və sonrası tribunalara gedərək tərəfdarlarını salamlaması üçün 375 min avro alır. Müqaviləyə görə, Neymar "Əl Cəzirə" media qrupun bütün reportaj istəklərinə də müsbət cavab verməlidir.
Susmaq üçün 2,5 milyon avro
Neymar klubun rəhbərliyi və baş məşqçisinin qərarlarını mediada tənqid etməməyə görə 2,5 milyon avro əlavə ödəniş alır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here