Balakəndə 70 yaşlı kişidən AĞLASIĞMAZ HƏRƏKƏT: özündən

0
2

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu gün axşam saat 17:00 radələrində rayonun Hənifə kənd sakini, 1963-cü il təvəllüdlü Həmzət Əsəbəli oğlu Abdullayev bıçaqlanma xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan "Report"a bildirilib ki, H.Abdullayevə döş qəfəsinin sol payının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti diaqnozu qoyulub. H.Abdullayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. H.Abdullayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.H.Abdullayev özündən 15 yaş böyük qardaşı, 1948-ci il təvəllüdlü Ramazan Abdullayev tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here