“Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir” –

0
16

"Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, beynəlxalq kikboksinq yarışlarında Gürcüstan hər zaman Azərbaycan, Azərbaycan isə Gürcüstan idmançılarına azarkeşlik edib: "Gürcüstan və Azərbaycan yaxın qonşu və dost ölkələrdir. Biz Azərbaycan idmançılarının çıxışlarını həmişə maraqla izləyirik və onların peşəkarlıq səviyyəsinin ciddi şəkildə yüksəldiyinin şahidi oluruq".

Q.Cavaxia qeyd edib ki, Gürcüstan və Azərbaycan artıq dünya səviyyəsində kikboksinq idman növünün inkişaf etdiyi ölkələr kimi tanınır: "İki ölkə arasında kikboksinq idmanı sahəsində sıx əməkdaşlıq var. Bir-birimizə dəstək veririk və idmançılarımızın peşəkarlıq səviyyəsini artırırıq".

Milli.Az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here