19 yaşlı çobandan meyitə qarşı –

0
5

Gürcüstanda amerikalı ailəni – kişi, qadın və övladlarını qətlə yetirməkdə şübhəli bilinən çoban Malxaz Kobauriyə qarşı yeni ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, 19 yaşlı gənc Lora Smiti öldükdən sonra zorlamaqda ittiham edilib.

İndiyə qədər Malxaz Kobauri Rayan Smit və onun övladı Keleb Smitin qətlində şübhəli bilinirdi. Ata və oğlunu öldürdüyünü etiraf edən qatil L. Smitin cəsədinə cinsi təcavüz etməkdə günahlandırılır.

Məlum olub ki, Lora Smit həyat yoldaşının və övladının qətlindən sonra ərazidən qaçmağa çalışarkən dərəyə yıxılaraq ölüb. Bundan sonra öz ehtirasına hakim ola bilməyən Malxaz Kobauri ölmüş qadına təcavüz edib, onu zorlayıb.

Gürcüstan Baş Prokurorluğun açıqlamasına görə, Malxaz Kobauri bu ittihama əsasında ayrı mühakimə olunacaq.

Qeyd edək ki, cinayət hadisəsi bu ilin iyulun 4-də Gürcüstanın Duşeti bölgəsinin Xada dərəsində baş verib. Bölgədə gəzintiyə çıxan amerikalı ailənin bütün üzvləri həmin vaxt ərazidə olan çoban tərəfindən qətlə yetirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here